Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı təbrik edib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan dövtlət başçısının "X"dəki rəsmi səhifəsində paylaşım edilib.
Paylaşımda deyilir: "Başda əziz Qardaşım, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan olmaqla bütün qardaş Türkiyə xalqını PKK terror qruplaşmasının özünü ləğv etmək və silahı yerə qoymaq qərarı münasibətilə ürəkdən təbrik edirəm. Əziz Qardaşımın bəyan etdiyi “Terrorsuz Türkiyə” hədəfinə çatmaqda vacib mərhələ olan bu hadisə dövlətçilik yolunda ölkədə aparılan qətiyyətli siyasətin nəticəsi, güclü liderliyin və sarsılmaz iradənin, milli birliyin və həmrəyliyin təntənəsidir. Alınmış qərarın tam icrası istiqamətində Türkiyə dövlətinə və xalqına uğurlar arzulayıram", - paylaşımda bildirilib.
Son 80 il ərzində Azərbaycan dövləti və xalqı qədər heç bir dövlət, heç bir xalq buna oxşar Qələbə qazanmayıb
Prezident: Hər dəfə keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdanda hamımız üçün bayramdır
Prezident İlham Əliyev: Son 5-6 il ərzində xalqımız haqlı olaraq qürur hissi ilə yaşayır
Azərbaycan Prezidenti: Dövlətimiz güclüdür, Ordumuz güclüdür, iradəmiz yerindədir