Xalq artisti Tünzalə Ağayeva Amerika Birləşmiş Ştatlarına yollanıb.
“İki sahil” xəbər verir ki, buna səbəb işgüzar səfərdir. Pop ulduz 20 gün ərzində müxtəlif rəsmi görüşlərdə iştirak edəcək, eyni zamanda mədəniyyət mərkəzlərinin, təhsil ocaqlarının qonağı olub onların musiqiçiləri ilə yaxından tanış olub fikir mübadiləsi aparacaq.
Sevilən müğənni ilk olaraq Vaşınqtona gedib. Maraqlı anlar yaşayan estrada ulduzu şəhər gəzintisindən ləntə alınan görüntülərini şəxsi “İnstagram” hesabında paylaşıb. Sənətçi “Parlament binası”nı, Vaşınqtonun küçələrini göstərib.
Ağayeva paylaşımına “Vaşınqtonda günəşli gün” rəyini yazıb.

Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub