Azərbaycan Prezidenti İlham Əliyev mayın 13-də Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibi Okay Məmişi qəbul edib.
“İki sahil” xəbər verir ki, dövlət başçısı Okay Məmişin Türkiyə Respublikasının Milli Təhlükəsizlik Şurasının Baş katibi təyin olunmasından sonra ilk səfərini ölkəmizə etməsinin əhəmiyyətinə toxundu və bu səfərin uğurlu olacağına ümidvarlığını bildirdi.
Okay Məmiş də öz növbəsində bu vəzifəyə təyin olunmasından sonra ilk səfərini qardaş Azərbaycana etməsindən məmnunluğunu diqqətə çatdırdı.
Söhbət zamanı ölkələrimiz arasında bütün sahələrdə qardaşlıq və müttəfiqlik əlaqələrinin dərinləşməsindən məmnunluq ifadə olundu. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında səmimi münasibətlərin əməkdaşlığın daha da genişlənməsi işinə böyük töhfə verdiyi vurğulandı.
Görüşdə ölkələrin bütün istiqamətlər üzrə, o cümlədən təhlükəsizliklə bağlı məsələlərdə uğurlu qarşılıqlı fəaliyyəti qeyd edildi.
Milli Məclisin sədri beynəlxalq seminarda Azərbaycanın təcrübəsi haqqında məlumat verib
Aşrafxanov: Özbəkistan-Azərbaycan münasibətləri diplomatik əlaqələrimizin tarixində ən dinamik və məzmunlu dövrünü yaşayır
YAP Gənclər Birliyinin və AK Parti Gənclik Qollarının nümayəndələri arasında görüş keçirilib
YAP Sədrinin müavini Tahir Budaqov AK Parti Gənclik Qollarının nümayəndə heyətini qəbul edib