13 may 2025 11:49
100

Məmməd Musayev: Daxili tələbatın ödənilməsində yerli məhsulların payı artıb

Azərbaycanda daxili tələbatın ödənilməsində yerli məhsulların payı artıb.

“İki sahil” xəbər verir ki, bunu Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Bakıda bu gün işə başlamış 18-ci Azarbaycan Beynəlxalq Kənd Təsərrüfatı ("Caspian Agro") va 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi ("InterFood Azerbaijan”) sərgilərinin açılış mərasimində bildirib.

O, qeyd edib ki, hər il olduğu kimi, bu il də sərgilər ölkənin qida sənayesi üçün yeniliklərlə zəngin və faydalı platforma olacaq, bu sahədə yeni texnologiyaların tətbiqi, əməkdaşlıqların qurulması, xarici mütəxəssislərlə təcrübə mübadiləsi imkanlarını daha yüksək mərhələyə qaldıracaq.