Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində - 5-ci massivdəki 21 nömrəli yaşayış binasının yaxınlığında özbaşına obyekt quraşdırılması ilə bağlı kütləvi informasiya vasitələrində yayılmış məlumatlara əsasən əraziyə baxış keçirib.
“İki sahil” bu barədə Komitəyə istinadla xəbər verir.
Məlumata görə, monitorinq nəticəsində müəyyən edilib ki, həmin ünvanda obyekt yerləşdirilməsi heç bir icazəverici sənəd olmadan həyata keçirilib. Aşkarlanmış qanun pozuntusu ilə əlaqədar olaraq Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və aidiyyəti qurumlar həmin ərazidə quraşdırılmış köşkün sökülməsini və ərazidən çıxarılmasını təmin edib.