"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.
“İki sahil” xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.
Bu gün müsabiqənin ilk yarımfinal mərhələsi keçirilir və Azərbaycan 10 nömrə altında çıxış edir.
Yarımfinalın digər mərhələsi mayın 15-də baş tutacaq.
Mahnı müsabiqəsinin qalibi isə mayın 17-də keçiriləcək final mərhələsində məlum olacaq.
Qeyd edək ki, müsabiqədə Azərbaycanı “Mamagama” qrupu “Run with u” mahnısı ilə təmsil edir.
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub