İranla 2015-ci ildə imzalanmış nüvə sazişinin E3 kimi tanınan Avropa tərəfləri - Böyük Britaniya, Fransa və Almaniyanın xarici işlər nazirlərinin müavinləri səviyyəsində İranın nüvə proqramı və sanksiyaların ləğvi ilə bağlı mayın 16-da İstanbulda görüşəcəyi bildirilib.
“İki sahil” xəbər verir ki, bu barədə “İrannuances” məlumat yayıb.
Qeyd edilib ki, İran və ABŞ arasında Omanın vasitəçiliyi ilə aparılan nüvə danışıqları prosesi davam edərkən, tərəflər danışıqların müsbət olduğunu açıqlayıb. Danışıqlarda İran ABŞ-ın birtərəfli sanksiyalarının ləğvi müqabilində nüvə proqramını məhdudlaşdırmağa hazır olduğunu bildirib. Avropa ölkələri danışıqlara daxil edilmir.
E3 və İran arasında mayın 2-də Romada görüş planlaşdırılıb, lakin ABŞ və İran arasında danışıqlar təxirə salındıqdan sonra ləğv edilib.
İran Avropa ölkələrinin Birləşmiş Millətlər Təşkilatının (BMT) 2015-ci ildə imzalanmış nüvə sazişi ilə ləğv edilmiş sanksiyalarının bərpasına gətirib çıxara biləcək qondarma "tətik mexanizmi"ndən istifadə etməsindən narahatdır. Sözügedən mexanizm oktyabrın 18-də başa çatır. İranın nüvə proqramı ilə bağlı həll yolu tapılmasa, bu mexanizmin Avropa ölkələrinə verilən tarixdən əvvəl işə salınması nəzərdə tutulur.
Məhərrəm Ağalaroğlu, “İki sahil”