14 may 2025 10:22
95

Perunun baş naziri istefa verdi

Perunun Baş naziri Qustavo Adriansen parlamentin ona etimadsızlıq səsverməsi ərəfəsində istefa verib.

“İki sahil” xəbər verir ki, bu barədə ölkə hökumətinin mətbuat xidməti məlumat yayıb.

"Vətənin ali maraqlarını nəzərə alaraq, Nazirlər Şurasının sədri vəzifəsindən istefa ərizəsini təqdim etməyə borcluyam", - deyə o, ölkə Prezidenti Dina Boluarteyə müraciət edib.

Qeyd edək ki, Qustavo Adriansen 14 ay hökumət başçısı vəzifəsində çalışıb. O, Boluartenin 2.5 illik hakimiyyətində üçüncü baş nazir olub.

Bildirək ki, mayın 14-də Peru Konqresi ölkədə cinayətlərin sayının artması ilə əlaqədar Adriansenə etimadsızlıq səsverməsini nəzərdən keçirməli idi.