Moskva və Kiyev arasında İstanbulda keçiriləcək danışıqları üçün mayın 15-i tarixinin seçilməsi Rusiya prezidenti Vladimir Putinin qərarıdır.
“İki sahil” RT-yə istiadla xəbər verir ki, bu barədə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
"Prezident belə qərar verdi" - deyə, Peskov jurnalist Pavel Zarubinin danışıqlar üçün tarix seçimi ilə bağlı sualına cavaında bildirib.
Türkiyənin xarici işlər naziri Hakan Fidan daha əvvəl İstanbulda keçiriləcək danışıqların formatının hələ müəyyən edilmədiyini bildirib.