Böyük Britaniya hakimiyyəti mayın 19-da keçiriləcək Avropa İttifaqı - Böyük Britaniya sammitində imzalanması planlaşdırılan təhlükəsizlik və müdafiə sahəsində tərəfdaşlıq sazişinin bağlanması məqsədilə aparılan danışıqlarda Aİ-yə qarşı tələblər siyahısını genişləndirir.
“İki sahil” xəbər verir ki, bu barədə “Financial Times” (FT) qəzeti məlumat yayıb.
Aİ-dəki mənbələrin məlumatına görə, "vacib detallar hələ razılaşdırılmalıdır və yaxın günlərdə gərgin müzakirələr gözlənilir". Söhbət ilk növbədə birliyin balıqçı gəmilərinin Britaniya sularında balıq ovlamaq hüququnun təminatından, həmçinin kənd təsərrüfatı məhsullarının ticarətinin razılaşdırılmasından və Aİ gənclərinin Böyük Britaniyaya təhsil və iş üçün gəlmək hüquqlarının genişləndirilməsindən gedir.
Xəbər verildiyi kimi, Aİ Brexit (Britaniyanın birlikdən çıxması) üzrə danışıqlar başa çatdıqdan sonra ilk dəfə Birləşmiş Krallıqdan Avropa Məhkəməsinin yurisdiksiyasını tanımağı, həmçinin birliyin balıqçı gəmilərinin Britaniya sularında balıq ovlamaq hüququnu təmin etməyi tələb etmək qərarına gəlib. Aİ həmçinin Britaniyanın ərzaq məhsullarının ixracına mane olan sərhəd sanitar və fitosanitar nəzarət tədbirlərini ləğv etməyə hazır olduğunu bildirib, lakin bu, yalnız kənd təsərrüfatı və ərzaq sahəsində Britaniya qanunvericiliyinin Avropa qanunvericiliyinə tam uyğunlaşdırılması halında mümkündür.