Pakistan və Hindistan arasında bərqərar olmuş sülhün möhkəmliyi sual altındadır, çünki Nyu-Delhi İslamabada qarşı təcavüzkar ritorikanı davam etdirir.
“İki sahil” xəbər verir ki, bu barədə “Report”a pakistanlı politoloq Basim Reza bildirib.
"Hindistanın Baş naziri Narenda Modinin guya Hindistanın gələcəkdə hər hansı hərəkətlərə cavab olaraq Pakistana birtərəfli zərbələr endirmək hüququnun olduğunu bəyan etməsi xüsusilə narahatlıq doğurur”, - o qeyd edib.
Politoloqun sözlərinə görə, Hindistan tərəfindən raket zərbələri, pilotsuz təyyarə hücumları və sərhədyanı hava zərbələri təhdidi regional təhlükəsizliyə qeyri-sabitlik gətirib.