Logistik imkanlar baxımından əlverişli ərazidə yerləşən “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında hazırda investisiya portfeli 130 milyon manata yaxın olan 16 sahibkarlıq subyekti rezident, 3 sahibkar isə qeyri-rezident kimi qeydiyyatdan keçib.
“İki sahil” bu barədə İqtisadiyyat Nazirliyi yannda İqtisadi Zonaların İnkişafı Agentliyinə istinadla xəbər verir.
Məlumata görə, bu 19 sahibkarlıq subyekti tərəfindən sənaye parkında ümumilikdə 1800-ə yaxın daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bugünədək sənaye parkında görülmüş işlərə sahibkarlar tərəfindən 35 milyon manatdan çox investisiya yatırılıb, 100-ə yaxın daimi iş yeri yaradılıb.
200 hektar ərazini əhatə edən parkın 30%-dən çox hissəsi sahibkarların istifadəsinə verilib. Parkda hazırda 2 müəssisə fəaliyyət göstərir.
Sənaye parkında sahibkarlar tərəfindən indiyədək 1,7 milyon manatlıq məhsul satışı və xidmətlər göstərilib. Bundan başqa parkda hazırda 5-dən çox müəssisənin tikintisi istiqamətində işlər görülür.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir