15 may 2025 08:08
110

Xətai rayonunda baş verən yol qəzası nəqliyyatın sıxlığına səbəb olub

Xətai rayonu, Babək prospektində yol-nəqliyyat hadisəsi baş verib.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Qəza səbəbindən mərkəz istiqamətində nəqliyyat sıxlığı yaranıb. Sıxlığın aradan qaldırılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.