15 may 2025 12:13
100

Ukrayna ABŞ-dan 350 milyard dolları uşaqdan konfet alırmış kimi alıb - Tramp

Donald Tramp hesab edir ki, ABŞ-ın əvvəlki prezidenti Co Baydenin dövründə Ukrayna Birləşmiş Ştatlardan 350 milyard dollar yardımı sanki “uşaqdan konfet alırmış” kimi alıb. O qeyd edib ki, ABŞ-ın hazırkı administrasiyası “bir az daha sərt yanaşma” tətbiq edir.

“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Onun sözlərinə görə, Baydenin dövründə Kiyevə pul heç bir hesabat verilmədən ayrılıb. Donald Tramp etiraf edib ki, bu, tarixin ən böyük satışı olub. "O (Vladimir Zelenski - red.) yüz milyardla getdi. Böyük iş. "Uşaqdan konfet götürmək kimi bir şeydir"- deyə Tramp Dohada ABŞ və Qətərin biznes ictimaiyyətinin nümayəndələri ilə görüşündə deyib.

ABŞ prezidenti hələ mart ayında əvvəlki administrasiyanı Ukraynaya yardım göstərmək üçün büdcə vəsaiti ayırmağa çox asanlıqla razılaşdığına görə tənqid etmişdi. Tramp bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski apreldə Vatikanda keçirilən görüşdə yenidən silah tədarükü istəyib. “The Times” yazıb ki, yeni təchizat olmasa, Amerika silahlarının Ukraynaya axını altı ay ərzində dayanacaq.