15 may 2025 12:36
108

Mətbuat reallıqlara əsaslanaraq, fəaliyyətini milli və dövlət maraqları çərçivəsində qurmalıdır - Vüqar Rəhimzadə

“Dünyanın çağırışlarına cavab olaraq, müzakirə ediləcək mövzulara milli maraqlar prizmasından yanaşmalı və milli maraqları təmin etmək üçün kifayət qədər addımlar atmalıyıq”.

“İki sahil” xəbər verir ki, bu fikirləri Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfransın açılış mərasimində Milli Məclisin deputatı Vüqar Rəhimzadə səsləndirib.

“Zaman dəyişir və inkişaf edir. Bu dəyişikliklərə adekvat olaraq, Azərbaycan mətbuatı da reallıqlara əsaslanaraq fəaliyyətini milli və dövlət maraqları çərçivəsində qurmalıdır”, - deyə deputat bildirib.

O qeyd edib ki, bu kimi beynəlxalq konfranslar jurnalistikanın gələcək hədəflərinin müəyyənləşdirilməsində mühüm rol oynayır. İstər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycan mətbuatı peşəkar jurnalistika ənənələrini formalaşdırıb. Bu gün isə ölkəmizdə kifayət qədər müstəqil, hüquqlarını bilən, müstəqillik və dəyərləri qoruyan, peşəkar jurnalistlər fəaliyyət göstərir.