15 may 2025 13:59
128

Mənim olmadığım yerə o niyə getsin? - Donald Tramp

İstanbulda keçiriləcək Rusiya-Ukrayna danışıqlarının nəticə verəcəyinə ümidini ifadə edən ABŞ Prezidenti Donald Tramp Türkiyəyə səfər etməyi planlaşdırmadığını, lakin “lazım gələrsə” oraya gedəcəyini söyləyib.

“İki sahil” xəbər verir ki, Bloomberg agentliyi bu barədə Birləşmiş Ştatların dövlət başçısına istinadla məlumat yayıb.

Donald Tramp jurnalistlərdən birinin Rusiya Prezidenti Vladimir Putinin Ukrayna üzrə danışıqların keçiriləcəyi İstanbula nə üçün getmədiyi ilə bağlı sualına cavab verib. “Mən orada olmadığım üçün Vladimir Putinin də gələcəyini düşünmürdüm. Mənim olmadığım yerə o niyə getsin?” - deyə ABŞ lideri bildirib.

Bu arada Türkiyə Prezidentinin Administrasiyasından bildiriblər ki, hakimiyyət orqanları Donald Trampın İstanbula mümkün səfəri ilə bağlı hələlik informasiya almayıblar.

Xatırladaq ki, mayın 15-də İstanbul şəhərində Ukrayna ilə Rusiya nümayəndə heyətləri arasında danışıqlar gözlənilir. Son məlumata görə, görüş günün ikinci yarısında başlayacaq.