15 may 2025 14:56
123

Türkiyədə həftə ərzində 7-si terrorçu olmaqla 192 nəfər sərhəddə saxlanılıb

Türkiyədə həftə ərzində sərhəd təhlükəsizliyi tədbirləri çərçivəsində 7-si terror təşkilatı üzvü olmaqla 192 nəfər saxlanılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, təhlükəsizlik tədbirləri nəticəsində həftə ərzində 2 min 527 nəfərin isə sərhədi keçməsinin qarşısı alınıb.

Məlumatda o da vurğulanıb ki, yanvarın 1-dən bu yana Türkiyə sərhədlərini qanunsuz keçməyə cəhd edərkən saxlanılanların sayı 2 min 33 nəfərə çatıb.

Qanunsuz sərhəd pozucularının sayı isə 32 min 184 nəfər olub.