15 may 2025 22:28
99

Rusiyanın itkiləri açıqlandı - 1177-ci gün

Ukrayna müharibənin 1177-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 970 590 hərbçi, 10 812 ədəd tank, 22 514 ədəd zirehli döyüş maşını, 27 872 ədəd artilleriya sistemi, 1 384 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1 166 hava hücumundan müdafiə sistemi, 372 ədəd hərbi təyyarə, 336 ədəd helikopter, 48 547 ədəd avtomobil texnikası, 36 000 ədəd PUA, 3 197 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 892 xüsusi avadanlıq itirib.