16 may 2025 12:54
137

Azərbaycanda yazlıq bitkilərin səpini 10%-ə yaxın azalıb

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanda 270,5 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb.

"İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 9.8% azalıb. Belə ki, ötən ilin yanvar-aprel ayları ərzində ölkədə 300 min hektar sahədə yazlıq bitkilərin səpini aparılıb.

Məlumata görə, bu dövrdə 50,4 min hektar sahədə dənli və dənli paxlalı bitkilər (ondan 21,6 min hektarı dən üçün qarğıdalı), 40,5 min hektar sahədə kartof, 43,6 min hektar sahədə tərəvəz, 12,3 min hektar sahədə bostan bitkiləri, 63,7 min hektar sahədə pambıq, 9,9 min hektar sahədə dən üçün günəbaxan, 5,5 min hektar sahədə şəkər çuğunduru, 1,4 min hektar sahədə tütün, 39,3 min hektar sahədə çoxillik otlar, 3,7 min hektar sahədə birillik otlar və 0,2 min hektar sahədə sair yazlıq bitkilər əkilib.