17 may 2025 11:06
111

NBA-da daha bir yarımfinalçı bəlli olub, son çempion mübarizəni dayandırıb

Milli Basketbol Assosiasiyasında (NBA) üçüncü yarımfinalçı bəlli olub.

“İki sahil” xəbər verir ki, "Nyu-York Niks" bu raundda iştirak hüququ əldə edib.

Komanda 1/4 finalın altıncı oyununda "Boston"u 119:81 hesabı ilə üstələyib.

Seriyada 4:2 önə keçən "Nyu-York Niks" yarımfinala vəsiqə qazanıb. Finala gedən yolda rəqib "İndiana" olacaq. Mübarizəni dayandıran "Boston" 2024-cü ildə NBA çempionu olub.

Qeyd edək ki, daha əvvəl "Minnesota" da yarımfinala yüksəlib. Komanda bu raundda "Oklahoma" - "Denver" (3:3) cütünün qalibi ilə üz-üzə gələcək.