Cari ilin yanvar-aprel aylarında Azərbaycanda 1 427 ədəd noutbuk istehsal edilib.
“İki sahil”in məlumatına görə, Trend-in Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 596 ədəd və ya 71,7% çoxdur.
Bununla yanaşı, cari ilin ilk 4 ayında Azərbaycanda 1 684 ədəd stolüstü kompüter istehsal edilib ki, bu da, illik müqayisədə 1 057 ədəd, yaxud da 2,7 dəfə çoxdur.
Belə ki, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 831 ədəd noutbuk, 627 ədəd stolüstü kompüter istehsal edilmişdi.
Qeyd edək ki, hesabat dövründə kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 2024-сü ilin yanvar-aprel aylarında 65,1 milyon manatlıq məhsul istehsal olunub.
DİF-in 4-cü Sənaye İnqilabı Mərkəzləri Şəbəkəsinin görüşündə Azərbaycanın təcrübəsi paylaşılıb
Fırıldaqçılar “Odisseya” filminin premyerası ətrafındakı ajiotajdan rusdilli istifadəçiləri aldatmaq üçün istifadə edirlər
208 tam təmirli mənzil satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində vətəndaşlara təqdim edilir