17 may 2025 20:20
105

Hakan Fidan sabah Səudiyyə Ərəbistanına gedəcək

Türkiyənin xarici işlər naziri Hakan Fidan mayın 18-də Səudiyyə Ərəbistanına gedəcək.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən bildirilib.

Qeyd olunub ki, nazir Türkiyə-Səudiyyə Ərəbistanı Koordinasiya Şurasının ikinci iclasında iştirak edəcək.