18 may 2025 02:06
82

CAR Prezidenti ABŞ-yə səfəri zamanı ticarət məsələlərini müzakirə edəcək

Cənubi Afrika Respublikasının Prezidenti Siril Ramafoza gələn həftə ABŞ-yə gözlənilən işgüzar səfəri zamanı ilk növbədə ticarət və ikitərəfli əlaqələri müzakirə etmək niyyətində olduğunu bildirib.

“İki sahil” xəbər verir ki, o, bu barədə yerli SABC radiostansiyasının canlı efirində deyib.

Radiostansiya qeyd edib ki, Ramafoza böyük biznes üçün maraqlı ola biləcək bir sıra layihələrlə ABŞ-yə gedəcək.

Cənubi Afrika Respublikası öz enerji bazarını və ilk növbədə qaz sektorunu ABŞ şirkətlərinə açmağa hazırdır. Nümayəndə heyəti amerikalı investorlar üçün xammal hasilatı, kənd təsərrüfatı və nəqliyyat sahələrində də təkliflər verəcək.