18 may 2025 13:03
90

Bekhem hokkeyçiyə nə hədiyyə edib?

İngiltərə millisinin keçmiş futbolçusu Devid Bekhem “Vaşinqton” hokkey klubunun rusiyalı kapitanı Aleksandr Oveçkinə ABŞ Milli Hokkey Liqasında ən çox qol vurma rekorduna görə buts hədiyyə edib.

“İki sahil” xəbər verir ki, bu barədə Oveçkinin həyat yoldaşı Anastasiya Şubskaya özünün İnstaqram səhifəsində məlumat paylaşıb.

“895 qol vurduğun üçün böyük təbriklər. Bu, mənim vurduqlarımdan bir az çoxdur”, - butsların üzərində yazılıb.