Parisdə “Saint-Germain-des-Prés” 24-cü Caz Festivalında azərbaycanlı gənc pianaçu Etibar Əsədli öz triosu ilə iştirak edib.
“İki sahil” xəbər verir ki, muğamın sözləri ilə caz dinamikasının qarışığı, ənənəvi muğam melodiya və modallığı ilə cazın müxtəlif harmoniya və ritmlərinin sintezi olan “caz-muğam”, başqa sözlə desək “Azərbaycan cazı” Parisin Latın məhəlləsinin mərkəzində yerləşən “Maison de l'Océan” zalında sürəkli alıqışlarla qarşılanıb. Gənc pianoçu E.Əsədli öz triosu ilə “Saint-Germain-des-Prés” 24-cü Caz Festivalında fransız cazsevərlərin qəlbini fəth edib.
Qeyd edək ki, hər il may ayında “Saint-Germain-des-Prés” Caz Festivalı Parisin ən ikonik məkanlarını canlandırır, məhəlləni əsl musiqi səhnəsinə çevirir.
Şabranda muzey və kitabxana əməkdaşları, Siyəzəndə müəllimlər üçün təlimlər keçirilib
XII Bakı Beynəlxalq Kitab Sərgisində “Mirvarid Dilbazinin poeziya dünyası” adlı ədəbi tədbir keçirildi
Azərbaycanın Əməkdar artisti Adilə Əliyeva Parisdə platin medalla təltif olunub