Milli Məclisin (MM) sədri Sahibə Qafarovanın başçılığı ilə Azərbaycan parlament nümayəndə heyəti İspaniya Krallığına rəsmi səfərə gəlib.
“İki sahil” xəbər verir ki, bu barədə MM-in Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Madrid şəhərinin Barahas Beynəlxalq Aeroportunda Milli Məclisin sədrini Azərbaycanın İspaniyadakı səfiri Ramiz Həsənov və digər rəsmi şəxslər qarşılayıb.
Səfər çərçivəsində Milli Məclisin sədrinin bir sıra rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur. Görüşlərdə Azərbaycan-İspaniya parlamentlərarası münasibətlərinin bu günü və gələcək inkişafı barədə müzakirələr aparılacaq.
Rəsmi səfər mayın 20-də başa çatacaq.
MHP sədri: Azərbaycan-Türkiyə münasibətləri bərabərhüquqlu tərəfdaşlıq əsasında inkişaf edəcək
Maqsud Hüseynov: Azərbaycan təhlükəsiz və etibarlı kiberməkanın yaradılmasını dəstəkləyir