19 may 2025 13:32
107

Netanyahu: İsrail bütün Qəzza zolağına nəzarət edəcək

İsrailin baş naziri Benyamin Netanyahu İsrailin Qəzza zolağına tam nəzarəti ələ keçirmək niyyətində olduğunu açıqlayıb.

“İki sahil” xəbər verir ki, bu barədə AFP məlumat yayıb.

"İsrail Qəzza zolağının "bütün ərazisinə" nəzarəti ələ keçirəcək, baş nazir Benyamin Netanyahu bazar ertəsi kiçik Fələstin anklavına yenidən hərbi hücumun fonunda bildirib", - deyə, məlumatda qeyd edilib.

Mayın 18-də İsrail Qəzzada genişmiqyaslı quru əməliyyatına başladığını elan edib.

Bundan əvvəl İsrailin Qəzza zolağında nəzarəti gücləndirməyi və əhalini köçürməyi planlaşdırdığı bildirilirdi.