19 may 2025 15:16
99

“Səngəçal” terminalının elektrikləşdirilməsi ilə bağlı investisiya qərarının verilməsi son mərhələdədir

“Səngəçal” terminalının elektrikləşdirilməsi ilə bağlı yekun investisiya qərarının verilməsi son mərhələdədir.

“İki sahil” xəbər verir ki, bu sözləri bp şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə açıqlaması zamanı bildirib.

Onun sözlərinə görə, “Şəfəq” GES-də hasil olunacaq elektrik enerjisi Cəbrayılda “AzərEnerji”yə satılacaq.

“Əvəzinə Bakıda “virtual enerji ötürmə” vasitəsilə “Azərenerji” bizə həmin ekvivalentdə enerji verəcək. Bununla da “Səngəçal” terminalının elektrikləşdirilməsi həyata keçiriləcək. Ümumiyyətlə, “Səngəçal” terminalının elektrikləşdirilməsi ilə bağlı yekun investisiya qərarının tərəfdaşlarla birgə verilməsi ilə bağlı prosesin son mərhələsindəyik. Bununla təbii qaza qənaət ediləcək, ən başlıcası atmosferə buraxılacaq emissiyanın miqdarı azaldılacaq”, - deyə o qeyd edib.