Bu ilin ilk rübündə Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) tərəfindən 2 480 kənd təsərrüfatı texnikası və avadanlıqlarının satışı maliyyələşdirilib.
Bu barədə “İki sahil"ə nazirlikdən məlumat verilib.
Bildirilib ki, satışı maliyyələşdirilən texnikalar arasında 10 taxılyığan kombayn, 613 traktor, 1 857 digər texnika və avadanlıqlar var.
Qeyd edək ki, kənd təsərrüfatı texnikasının satışı dövlət tərəfindən subsidiyalaşdırılır. Fermerlər gömrük dəyərinin 20 %-i həcmində ilkin ödəniş etməklə kənd təsərrüfatı texnikası və avadanlıqlarına sahib ola bilər. Texnikanın dəyərinin qalan 40 %-i AKİA tərəfindən ödənilir, digər 40 % isə banklar tərəfindən 60 ay müddətinə kreditləşdirilir. Kreditin əsas hissəsini fermer, faizini isə AKİA ödəyir.