20 may 2025 11:17
100

Azərbaycanın ixrac etdiyi neft məhsullarının həcmi azalıb

Yanvar-aprel aylarında ölkədən 160 min tondan çox xam məhsullardan başqa, bitumlu süxurlardan alınmış neft və neft məhsulları - tərkibində neft və ya neft məhsullarının miqdarı 70 kütlə faiz və ya daha artıq olan məhsullar ixrac edilib. Bu da ötən illə müqayisədə 10,9 faiz azalma deməkdir.

“İki sahil” xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistikada məlumat verilib.

Qeyd olunub ki, ixrac olunan məhsulların dəyəri 71 milyon dollardan çoxdur.

Xatırladaq ki, ötən ilin müvafiq aylarında Azərbaycandan 180,09 min ton neft məhsulları ixrac edilib, həmin ixracın dəyəri 118,4 milyon dollar olub.