Bu ilin sentyabr ayında keçiriləcək Belarus-Rusiya “Qərb-2025” təlimləri eyni vaxtda Belarus Respublikasında keçiriləcək KTMT-yə üzv ölkələrin manevrləri ilə əlaqələndiriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə Belarus 1 telekanalı ölkənin Müdafiə Nazirliyinə istinadla məlumat yayıb.
"Təlimlərin məqsədi Belarus və Rusiyanın hərbi inteqrasiyasını gücləndirmək və potensial təhlükə qarşısında birgə hərəkətləri təcrübədən keçirməkdir. 2025-ci ildə keçiriləcək təlimin özəlliyi ondan ibarətdir ki, o, sentyabrın 1-dən 6-dək baş tutacaq KTMT manevrləri ilə birləşdiriləcək”, - deyə, məlumatda deyilir.