20 may 2025 12:11
108

Klopp "Roma"nı çalışdıra bilər

“Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp “Roma”nı çalışdıra bilər.

“İki sahil” xəbər verir ki, bu barədə “La Stampa” nəşri məlumat yayıb.

Qeyd edilib ki, almaniyalı mütəxəssis mayın 18-də İtaliya klubundan gələn təklifi qəbul edib.

A seriyasında mövsümün bitməsinə 1 tur qalmış Klaudio Ranyerinin rəhbərliyi altında “Roma” 6-cı pillədə qərarlaşıb. Mövsümün sonunda Ranyerinin "canavarlar"dan ayrılacağı gözlənilir.

Qeyd edək ki, Klopp 2015-2024 illərdə “Liverpul”u çalışdırıb. O, klubla həm Premyer Liqa, həm də Çempionlar Liqasının qalibi olub.