19 may 2025 21:49
91

"Qızıl top"un verilmə vaxtı açıqlandı

"Qızıl top"un builki mükafatlandırma mərasiminin tarixi müəyyənləşib.

“İki sahil” xəbər verir ki, tədbir sentyabrın 22-də keçiriləcək.

Mərasim Parisdəki "Teatre du Chatelet"də olacaq.

Mükafat 2024/2025 mövsümü üzrə dünyanın ən yaxşı futbolçusu seçiləcək şəxsə veriləcək.

Qeyd edək ki, "Qızıl top"un son qalibi "Mançester Yunayted"in futbolçusu Rodri olub