20 may 2025 18:19
108

Məhkəmə Tofiq Yaqublu barəsində QƏRAR VERDİ

Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist Elnur Məmmədovun (Vaqifoğlu) apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edib.

“İki sahil” xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən onların apellyasiya şikayəti təmin edilməyib və barələrindəki hökm qüvvədə saxlanılıb.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tofiq Yaqublu 9 il və Elnur Məmmədov 8 il müddətinə azadlıqdan məhrum ediliblər.