20 may 2025 20:38
114

Naxçıvanda “Göycə” festivalı keçiriləcək

Mayın 30-u və 31-də “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Göycə" festivalı keçiriləcək.

“İki sahil” xəbər verir ki, festival çərçivəsində muxtar respublikanın şəhər və rayonları tərəfindən hazırlanacaq stendlərdə bölgələrin dadlı və təbii göycələri, onlardan hazırlanan məhsullar, tarixi-mədəni irs və turizm potensialı qonaqlara təqdim olunacaq.