2025-2026-cı tədris ili üçün keçiriləcək dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilir.
“İki sahil” xəbər verir ki, Təhsil İnstitutu nəzdində İnsan Resursları Mərkəzindən bildirilib ki, müsabiqə üzrə qeydiyyat mayın 22-si saat 11:00-dan mayın 29-u saat 11:00-dək davam edəcək.
Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyən namizədlər “Digital Login” əldə etdikdən sonra www.miq.edu.az saytına daxil olaraq qeydiyyatdan keçə biləcəklər.
Daha ətraflı məlumat üçün müsabiqəyə dair sual-cavabla linkə daxil olaraq tanış ola bilərsiniz.