20 may 2025 22:52
109

Güclü zəlzələ olub - Papua - Yeni Qvineya sahillərində

Papua - Yeni Qvineya sahillərində 6,4 maqnitudalı zəlzələ qeydə alınıb.

“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Məlumata görə, yeraltı təkanların episentri təxminən 1,6 min nəfər əhalisi olan Anqoram şəhərindən 94 km şimal-şərqdə yerləşib. Zəlzələ ocağı 25 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.