21 may 2025 18:03
118

Hicran Hüseynova Milli Məclisdə vətəndaşları qəbul edib

Mayın 21-də Milli Məclisin inzibati binasında Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova vətəndaş qəbulu keçirib, onların müraciətlərini dinləyib.

 

“İki sahil” xəbər verir ki, komitə sədri vətəndaşları fərdi qaydada qəbul edərək müraciət və təkliflərini dinləyib, problemləri ilə maraqlanıb. 

Müraciətlərin bir hissəsi yerindəcə həllini tapıb, digər müraciətlər isə nəzarətə götürülərək həll edilməsi üçün aidiyyatı qurumlarla əlaqə yaradılıb.