21 may 2025 19:41
110

Azərbaycanla bağlı əsas diqqətimiz Ermənistanla sülhün əldə olunmasına yönəlib - Rubio

Azərbaycanla bağlı əsas diqqətimiz bu ölkə ilə Ermənistan arasında sülhün əldə olunmasına yönəlib.

“İki sahil” xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Marko Rubio Senatın Xarici Əlaqələr komitəsi qarşısında ifadəsi zamanı deyib.

O bildirib ki, münaqişə üçün hələ də real risk mövcuddur və onlar bunun qarşısının alınması üçün çalışırlar.