22 may 2025 15:08
100

"Real"la müqavilə üçün Madridə getdi

"Bayer"in futbolçusu Pyero İnkapi "Real"a keçir.

“İki sahil” xəbər verir ki, bu barədə "El Chiringuito" nəşri məlumat yayıb. Ekvadorlu mərkəz müdafiəçisinin artıq müqavilə bağlamaq üçün Madridə getdiyi bildirilib.

Bu transferin təxminən 60 milyon avroya başa gələcəyi qeyd olunub.."Real"ın yeni baş məşqçisi Xabi Alonsonun sabiq futbolçusunu öz komandasında görmək istəyib.