Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının tabe təşkilatı Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının (AHİİTA) boks üzrə idmançıları yeniyetmələr arasında “Heydər Əliyev Kuboku-2025” beynəlxalq turnirinin qalibi olub.
“İki sahil” xəbər verir ki, yarışda 8 ölkənin 216 idmançısı qüvvəsini sınayıb. Oğlanların mübarizəsində AHİİTA-nın idmançısı Əli Ruşanov (44 kq) bütün rəqiblərini üstələyərək çempion tituluna yiyələnib.
Assosiasiyanın digər boksçusu İbrahim Bədəlli (54 kq) isə beynəlxalq turnirin gümüş medalçısı olub.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 9-cu TURA START VERİLİB