Belarus işçi qüvvəsi çatışmazlığı problemi ilə üzləşir, bu səbəbdən respublikaya əmək miqrantlarını cəlb etmək lazımdır.
“İki sahil” BELTA-ya istinadla xəbər verir ki, bu barədə Belarus lideri Aleksandr Lukaşenko bildirib.
"Bizdə işçi çatışmazlığı var. Hələ fəlakətli deyil. Amma bunun fəlakətə gətirib çıxarmasına imkan verməməliyik", - deyə, o, vurğulayıb.
Lukaşenko əlavə edib ki, Belarus ilk növbədə keçmiş sovet respublikalarından kadrları cəlb etmək niyyətindədir.