"Qazprom"un Direktorlar Şurası illik səhmdarların yığıncağına 2024-cü il üçün dividend ödəməməyi tövsiyə edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.
"Direktorlar Şurası "Qazprom"un səhmləri üzrə dividendlər bəyan etməməyi və ya ödəməməyi tövsiyə edib", - deyə, çirkətin mətbuat xidmətinin bəyanatında deyilir.
Şirkət sonuncu dəfə 2022-ci ilin birinci yarısı üçün dividendlər ödəyib. Həmin vaxt "Qazprom 1,208 trilyon rubl ödəyib - hər səhm üçün 51,03 rubl.