22 may 2025 20:05
87

Prezidentin Budapeşt səfəri: İkitərəfli və çoxtərəfli əməkdaşlıqlar baxımdan nə vəd edir

“Azərbaycan Prezidenti cənab İlham Əliyevin Macarıstana səfəri təkcə ikitərəfli münasibətlər konteksindən deyil, çoxtərəfli Avropa İttifaqı-Azərbaycan, Türk Dövlətləri Təşkilatı əməkdşalıq baxımdan çox ciddi əhəmiyyət daşıyan səfərdir. Bu səfərin əhəmiyyəti özünü həm ikitərəfli formatda, həm də çoxtərəfli formatda keçirilən görüşlərin yekununda verilən bəyanatlarda və imzalanan imzalana sənədlərdə də özünü Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə imzalanan Bəyannamədə də öz əksini tapıb”.

“İki sahil” xəbər verir ki, bunu mətbuata açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

Macarıstan baş naziri Viktor Orbanla ikitərəfli formatda keçirilən görüşün əhəmiyyətinə toxunan deputat bildirib ki, ilk növbədə ikitərəfli siyasi, iqtisadi-ticari əməkdaşlıq münasibətlərin daha dərinləşdirilməsi baxımdan ciddi əhəmiyyət kəsb edir: “Siyasi baxımdan strateji tərəfdaş ölkə kimi iki ölkə arasında əlaqələrin daha da dərinləşərək beynəlxalq platformalarda da inkişafına öz töhfəsini verəcək. Bu gün Bakı ilə Budapeşt beynəlxalq platformalarda bir-birinə ciddi dəsətk verən strateji tərəfdaş ölkədir. Biz bunun Avropa İttifaqı çərçivəsində bariz nümunəsinin şahidi olmuşuq. Macarıstan hər zaman Aİ çərçivəsində Azərbaycanın maraqlarını müdafiə edib. Ən sonuncu Macarıstanın Aİ-nin Ermənistana hərbi maliyyə yardımı ayrılması məsələsində sərgilədiyi qətiyyətli mövqe hamıya bəllidir. Bu münasibətlərə növbəti mərhələdə daha da inkişaf edəcək və münasibətlər strateji tərəfdaşlıqdan müttəfqiliyədək yüksələcəyinə əminlik yaradır.

İkincisi, iqtisadi-ticari əməkdaşlıq münasibətlərin gələcək inkişaf perspektivi baxımdanda əhəmiyyətli səfər idi. Baş nazir Viktor Orban Azərbaycanla, xüsusən də enerji sahəsində əməkdaşlığı inkişaf etdirib sərmaya qoyuluşunun artırılmasında, Azərbaycan qazının Macarıstana idxal həcminin artırılmasında maraqlı olduğunu bəyan etdi. “Yaşıl enerji” sahəsində də əməkdaşlıqların inkişafında, eyni zamanda Orta Dəhlizin imkanlarının genişləndirilməsində yaxından iştirak etməkdə maraqlı olduğunu dilə gətirdi. Azərbaycan Prezidenti də öz növbəsində əlavə etdi ki, ikitərəfli gündəliyimiz də kifayət qədər genişdir və energetika sahəsində uğurlu əməkdaşlıq edirik. Macarıstan şirkətləri Azərbaycanın enerji sektorundakı iştirakı daha da artacaq və növbəti ildə yeni müqavilələr imzalanacaq. Bununla da Macarıstan şirkətləri dənizdə olduğu kimi, qurudakı neft yataqlarında fəaliyyətə başlayacaq. “Biz keçən ildən etibarən Macarıstana təbii qazın ixracına başlamışıq…Biz Macarıstanın tələbatı səviyyəsində qaz təminatı təşkil edə bilərik…Biz, eyni zamanda, Macarıstanla yaşıl enerji üzrə fəal işləyirik. Azərbaycanın çox böyük miqyaslı yaşıl enerji gündəliyi vardır”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Çoxtərəfli əməkdaşlığa gədlikdə isə demək olar ki, Azərbaycanın Macarıstanla Avropa İttifaqı və NATO üzvü kimi münasibətləri genişləndirilmiş uzunmüddətli strateji tərəfdaşlıq səviyyəsinə uyğun yeni hədəflərə doğru gedir, həm də Türk Dövlətləri Təşkilatının hədəfləri kontekstində keyfiyyətcə tamamilə yeni məzmun kəsb etməyə başlayıb. Ümumiyyətlə Bakı-Budapeşt əlaqələrinin inkişafı yeni fortmatda orta çıxan orta güc kimi Azərbaycanın həm Avropa, həm Qafqaz, həm də Mərkəzi Asiyada geosiaysi mövqeyinin möhkəmlənməsinə öz töhfəsini verəcək”.
Türk Dövlətləri Təşkilatının (TDT) Budapeştdə keçirilən qeyri-rəsmi Zirvə toplantısına gəldikdə deputat bildirib ki, bu sammit digərlərindən bir çox parametlərində görə fərqlənir:

“Birincisi, ona görə ki, belə bir mötəbər tədbir Avropanın mərkəzində Aİ üzvü olan ölkədə keçirilir. Bu isə onu deməyə əsas verir ki, TDT artıq özünü uğurlu bir beynəlxalq təşkilat kimi təsdiqləməkdədir. Türk dünyası sadəcə bir keçid nöqtəsi deyil, həm də tarix və sivilizasiyanın qovşağında Şərqin müdrikliyi ilə Qərbin dinamizmini birləşdirən köklü bir mirasın daşıyıcıları olaraq, bu sivilizasiyaları birləşdirən nümunəvi təşkilatdır. TDT-nin hədəfi təkcə Türkdilli ölkələr və ya toplumara arasında six birliyi yaratmaq deyil, eyni zamanda Şərqlə Qərbi bir araya gətirən və bu strateji əlaqənin əsas memarlarından biri olmasına öz töhfəsini verməkdir. Bu baxımdan TDT mövcud geosiyasi reallıqlar konteksində Şərq-Qərb sivilizasiyaları arasında körpü rolunu oynayaraq Avrasiya coğrafiyasında sülühn, sabitliyin, sıx əməkdaşlıq formatlarının yaranmasında ciddi rol oynaya bilər.
İkincisi, TDT samitini Azərbaycan üçün də uğurlu nəticələnib. Belə ki, Zirvə görüşünün sonunda imzalanan Budapeşt Bəyannaməsində üzv ölkə lideləri türk xalqlarının tarix boyu dünya sivilizasiyasına mühüm töhfələrini, o cümlədən Avropa və Asiyanın mədəni və siyasi cəhətdən formalaşmasında davamlı irsini, Türk dövlətlərinin dünyada müasir siyasi, iqtisadi və sosial tərəqqiyə, o cümlədən regional və qlobal sülh və təhlükəsizliyə təsir göstərməkdə mühüm rolunu vurğulayan dövlət başçıları TDT-nin təşkilatın institusional əsasını qoyan tarixi Naxçıvan Sazişinin prinsiplərinə, məqsədlərinə və ruhuna sarsılmaz sadiqliyini bir daha təsdiqləyiblər.

Üzv ölkələr qlobal miqyasda mədəniyyətlərarası dialoqun təşviqində qabaqcıl təşəbbüs kimi “Bakı Prosesi”nin uğuru yüksək qiymətləndirməklə yanaşı, Azərbaycanın bu istiqamətdə davamlı liderliyi təqdir edilib. TDT 2026-cı ildə keçiriləcək VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun təşkilində Azərbaycan dəstəklərini ifadə ediblər.

Bəyannamədə həmçinin Azərbaycanın 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi Konfransının 29-cu sessiyasına uğurlu ev sahibliyi, o cümlədən onun əsas nəticəsi olan Bakı İqlim Birliyi Paktı, eləcə də COP29 Sədrliyi çərçivəsində həyata keçirdiyi təşəbbüslər təqdir olunub.

Üzv ölkələr Azərbaycanın 2025-ci ildə TDT-nin 12-ci Zirvə görüşünə ev sahibliyi etməyə hazır olduğu yüksək qiymətləndiriblər.
Ümumiyyətlə əngəlliklərə baxmayaraq, Azərbaycanın aktiv iştirakçılığı ilə TDT-nin beynəlxalq təşkilat kimi formalaşaraq beynəlxalq münasibətlər sistemində ciddi rol alması yeni mərhələyə qədəm qoyub. Əminliklə demək olar ki, cənab Prezidentin bu istiqamətdə müəyyən etdiyi siyasət öz bəhrəsini verəcək”.