23 may 2025 15:11
106

Amin Qəfərli küçəsində təmir işlərinə başlanılacaq

Sabah səhər saatlarından etibarən Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsinin Amin Qəfərli küçəsində təmir işlərinə başlanılacaq.

"İki sahil" bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

"Sürücülərdən qeyd olunan hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur", - deyə məlumatda qeyd olunub.