23 may 2025 15:46
97

AMB-nin beynəlxalq maliyyə institutları qarşısında öhdəlikləri 30%-ə yaxın azalıb

Cari ilin yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) beynəlxalq maliyyə institutları qarşısında öhdəliklərinin həcmi 1,223 milyon manat olub.

"İki sahil"ə bu barədə AMB-dən məlumat əldə edib.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 483 min ABŞ dolları və ya 28,3% azdır.

Belə ki, 2024-cü ilin yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) beynəlxalq maliyyə institutları qarşısında öhdəliklərinin həcmi 1,706 milyon manat olmuşdu.