Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 9 min 438,9 ton kolbasa məmulatları istehsal edilib.
“İki sahil” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,9 % çoxdur.
Mayın 1-nə ölkədə 46,4 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 16,1 % azdır.
Xatırladaq ki, 4 ayda Azərbaycanda 1 milyard 778,1 milyon manatlıq qida məhsulları istehsal edilib ki, bu da, illik müqayisədə 12,5 % çoxdur.