“Napoli” A seriyasında unikal rekorda imza atıb.
“İki sahil” xəbər verir ki, bu barədə "Opta" məlumat yayıb.
Neapol təmsilçisi 38-ci turda "Kalyari"yə qalib gələrək "İnter"i 1 xal qabaqlayıb və 82 xalla İtaliya çempionu olub.
"Napoli" ötən mövsüm A seriyasını 10-cu pillədə başa vurmuşdu. Bununla da "Napoli" 10-cu yeri tutduqdan sonra növbəti mövsümdə çempion adını qazanan ilk komanda olub.
Qeyd edək ki, 2023/24 mövsümündə A seriyasını 94 xalla "İnter" qazanmışdı.