24 may 2025 16:23
95

Bakıda daha bir marşrut xəttində avtobuslar yenilənir

Bakı şəhərinin Günəşli qəsəbəsini Sabunçu dəmiryol stansiyası ilə əlaqələndirən 40 nömrəli marşrutda istismar olunan avtobuslar yenilənir.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) istinadən xəbər verir.

Məlumata görə, mayın 26-dan sərnişinlərin xidmətinə veriləcək 18 ədəd yeni, 2025-ci il istehsalı olan "King Long" markalı avtobuslar müasir, ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub. Yeni avtobusların xətlərə buraxılması ilə bu marşrut üzrə hərəkət intervalı 6-7 dəqiqə təşkil edəcək. Avtobuslarda gediş haqqı nağdsız qaydada aparılır.