25 may 2025 18:35
98

Volfqanq Hattmannsdorfer: Aİ-nin mövcudluğu ABŞ-lə danışıqlardan asılıdır

Avropa İttifaqı dövlətləri ABŞ tarifləri ilə bağlı danışıqlarda problemin həllini tapmalıdırlar, təşkilatın mövcudluğu bundan asılıdır.

“İki sahil” xəbər verir ki, bunu Avstriyanın əmək və iqtisadiyyat naziri Volfqanq Hattmannsdorfer “Kurier” qəzetinə müsahibəsində bildirib.

“Tramp gözlənilməz olaraq qalır və bu, bir daha sübut olunub. Ona görə də Aİ-nin vahid cəbhə ortaya qoyması və danışıqlar masası arxasında həll yolunu tapması daha vacibdir. Əgər Tramp ciddidirsə, Aİ ticarət siyasətində əks tədbirlər görməli və onları xüsusilə texnologiya və rəqəmsal xidmətlər sektorunda olan şirkətlərə şamil etməlidir. Avropa İttifaqı gözəl ölümlə dünyadan köçməməlidir”, - deyə o qeyd edib.